Gəncədə daha bir küçədə asfaltlanma işləri aparılır. Bu haqda Gencexeber.az-a 8 avqust tarixində məlumat daxil olub.
Söhbət Əhməd Cəmil küçəsindən gedir. Təmir işləri çərçivəsində köhnə asfalt örtüyü qaşınıb. Hazırda əraziyə yeni asfalt vurulur. Daha sonra müvafiq yol cizgiləri çəkiləcək, nişanlanmalar quraşdırılacaq.
Yenidənqurma işlərinin bir neçə gün davam edəcəyi gözlənilir.
[caption id="attachment_42128" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]