Şəhərin əsas küçələrindən birində işıqfor işləmir. Bu haqda bu gün, Gencexeber.az-a məlumat daxil olub.
Heydər Əliyev prospekti ilə İ.Məmmədov küçəsinin kəsişməsində yerləşən işıqfor fəaliyyət göstərmir. Bununla bağlı sürücü və piyadalar öz narazılıqlarını bildirirlər. Ərazidə qəza təhlükəsi olduğu vurğulanır.
Daha öncə şəhərin digər küçəsində də işıqforun olmadığını bildirmişdik.