Gəncədə məktəblilər üçün ekskursiya təşkil olunub. Bu haqda 6 iyun tarixində Heydər Əliyev Mərkəzinə istinadən məlumat veririk.
Ekskursiya "Heydər Əliyev ili" çərçivəsində baş tutub. 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Mərkəzin elmi işçisi Gülər Ellazova qonaqlara ulu öndərin keçdiyi zəngin həyat yolu, çoxşaxəli fəaliyyəti, ordu quruculuğu haqqında ətraflı məlumat verib.
Şagirdlər ümummilli liderin qədim şəhərimizə müxtəlif illərdə tarixi səfərlərini əks etdirən eksponatlarla tanış olublar.