Gəncədə atmosfer havasının keyfiyyəti açıqlanıb. Bu haqda 10 iyul tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat paylaşıb.
Hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyaların göstəricilərinə əsasən, şəhərdə azot-4 oksidinin göstəriciləri normadan 1,2 dəfə yüksək olub.
Bunun nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədar olduğu bildirilir.