Gəncədə havanın keyfiyyət göstəriciləri açıqlanıb. Bu haqda 6 iyul tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat veririk.
Bu gün, iyulun 6-da avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən, şəhər ərazisində havanın keyfiyyət göstəriciləri norma daxilində olmayıb. Belə ki, havada azot-4 oksidi normadan 1,1 dəfə yüksək müəyyən edilib.
Bildirilib ki, buna səbəb həmin ərazilərdə nəqliyyatın hərəkətinin intensiv olması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərdir.