Gəncədə köhnə binalarda yaşayan sakinlərin sayı açıqlanıb. Bu haqda 7 iyul tarixində Report-a istinadən məlumat veririk.
Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrinə görə, Nizami yurdunda vətəndaşların 58 faizi istismar müddəti 30 ildən çox olan binalarda məskunlaşıb.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Orucun sözlərinə görə, Gəncədə sorğuya qatılanların 18 faizi son 30 il ərzində inşa edilmiş binalarda yaşadığını bildiriblər. İştirakçıların 44 faizi istismar müddəti 30 ildən 60 ilə qədər olan, 13 faizi 60 ildən çox olan binalarda məskunlaşıb. Əhalinin 7 faizi son 10 il ərzində, 16 faizi isə 10 ildən 30 ilə qədər müddətdə tikilmiş binalarda yaşayır.