Gəncənin mərkəzində yerləşən keçidlər işıqlandırılmır. Bu haqda Gencexeber.az-a 14 yanvar tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Nizami və Heydər Əliyev prospektlərinin kəsişməsində, Mərkəzi Univermağın və Heydər Əliyev prospektindəki “Gəncə Mall”un yanında yerləşən keçiddə müşahidə olunur. Sakinlərin sözlərinə görə, burada işıq yanmır.
“Bu keçidlərdə işıqlandırma sistemi işləmir. Oradan keçməyə qorxuruq. İçəri zülmət qaranlıq olur”,- deyə onlar bildirirlər.