Gəncədə bir nəfər xilas edilib. Bu haqda 28 iyul tarixində FHN-ə istinadən məlumat veririk.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib.
Mənzilin qapısı açılıb və orada vətəndaş halsız vəziyyətdə aşkar olunub. Sakin aidiyyəti üzrə təhvil verilib.