Gəncədə küçələrdən birinə asfalt örtüyü salınıb. Bu haqda Gencexeber.az-a 13 iyul tarixində məlumat daxil olub.
Sözügedən işlər şəhərin Heydər Əliyev prospektində aparılıb. Əraziyə texnika və canlı qüvvə cəlb olunub.
Burada daha öncə köhnə örtük qaşınıb. Bu gün prospektdə asfaltlanma işləri görülüb.