Gəncədə tələbələrə sınaq imtahanı keçirilib. Bu haqda 5 iyun tarixində GDU-ya istinadən məlumat veririk.
Azərbaycan Fransız İnstitutunun (İFA) təşkil etdiyi DELF A2 səviyyəsi üzrə sınaq imtahanı Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin tələbələri arasında baş tutub. İmtahan İFA-nın direktor köməkçisi Jonatan Ünlü və universitetin Xarici Dillər fakültəsinin əməkdaşı Vüsalə İsgəndərova tərəfindən aparılıb. Burada tələbələrin fransız dili üzrə yazı və danışıq bacarıqları yoxlanılıb.
Qeyd edək ki, imtahanların nəticəsi 10 gün ərzində açıqlanacaq.