Gəncədə tələbələr üçün ekskursiya təşkil olunub. Bu haqda 29 mart tarixində GDU-ya istinadən məlumat veririk.
Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Riyaziyyat-informatika fakültəsinin bir qrup fəal gənci Məhsəti Gəncəvi Mərkəzini ziyarət edib. Burada onlara mərkəzin özü, XII əsrdə yaşayıb yaratmış şairənin həyatı və yaradıcılığı, muzeydə nümayiş etdirilən eksponatlar haqqında məlumat verilib.
Tələbələr şairənin yaradıcılığı haqqında sərgilənən portret xalçalar, intibah dönəmində xanımlara xas milli geyim nümunələri, rəsm qalereyasında isə Məhsəti Gəncəvinin obrazı, o cümlədən rübailərinə həsr edilmiş tablolarla yaxından tanış olublar.