Gəncədə imtahan nəticələri ilə bağlı görüş baş tutacaq. Bu haqda 30 mart tarixində Elm və Təhsil Nazirliyinə istinadən məlumat veririk.
Martın 31-dən etibarən ali təhsil müəssisələrində pedaqoji kadr hazırlığı, müəllimlərin işə qəbulu üzrə müsabiqədə məzunların əldə etdikləri nəticələrin təhlili ilə bağlı görüşlərin keçirilməsi planlaşdırılır. Tədbirdə ali təhsil müəssisələrinin rəhbər və professor-müəllim heyətinin iştirakı nəzərdə tutulub.
Görüşlər zamanı müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanında iştirak edən namizədlərin məzun olduqları ali təhsil müəssisələrinə görə fənlər üzrə statistik məlumatları təqdim ediləcək, pedaqoji kadr hazırlığı ilə bağlı qarşıda duran hədəflər müzakirə olunacaq.
Tədbir Gəncə Dövlət Universitetində keçiriləcək.