Gəncəni təmsil edən "Kəpəz" və "Sumqayıt-2" futbol klubları görüşəcək. Oyuna 15 oktyabr saat 14:30-da start veriləcək.
Görüş peşəkar futbol klublarının çıxış etdiyi Azərbaycan Birinci Divizionunun 4-cü tur çərçivəsində baş tutacaq. Oyun Sumqayıtda "Kapital Bank Arena"nın ehtiyat meydançasında keçiriləcək.
Qeyd edək ki, hal-hazırda klub 5 xalla ikinci yerdə qərarlaşıb. "Kəpəz" futbol klubu 2021-2022-ci illər mövsümündə keçirdiyi oyunlarda məğlub olmayıb.