Gəncədə avtomobil 54 yaşlı qadını vurub. Bu haqda dekabrın 15-i Apa.az-a istinadən məlumat veririk.
Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını yolu keçmək istəyən M.Alıyevanı vurub.
Qadın xəstəxanaya çatdırılıb. Zərərçəkənin vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.