Gəncəli idmançı Bakıdan qızıl medalla qayıdıb. Bu haqda 27 mart tarixində xəbər veririk.
31 nömrəli məktəbin 4-cü sinif şagirdi Musa Abbaslı Bakı şəhərində keçirilən yarışmada iştirak edib. Şuşaya həsr olunmuş cüdo növü üzrə yarışda idmançımız 27 kq çəki dərəcəsində mübarizə aparıb.
Rəqiblərini ard-arda məğlub edən fəxrimiz yekunda 1-ci yerə layiq görülüb.