Gəncədə 6 ailə yaşadıqları 2 mərtəbəli evin qəzalı olması səbəbindən əziyyət çəkirlər. Bu haqda Gencexeber.az-a 11 dekabrda məlumat daxil olub.
Sözügedən bina, şəhərin Puşkin küçəsi 10 ünvanında yerləşir. Tikili Vətən müharibəsi zamanı erməni terrorunun qurbanı olmuşdur. Mərmi zərbələrindən sonra yararsız hala düşən 2 mərtəbəli evin şüşələri tökülmüşdür, tavan və divarlara ziyan dəymişdir.
Sakinlər binanın qəzalı vəziyyətə düşdüyünü ehtimal edirlər və həyatlarının təhlükədə olduğunu söyləyirlər. Onlar bir müddət öncə müxtəlif banklardan kredit şəklində vəsait əldə edərək tikilinin təmirinə başladıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan respublikasının prezidenti mülki əhaliyə dəymiş ziyanın aradan qardırılması üçün 2020-ci il 6 noyabr tarixli 2292 nömrəli Sərəncam imzalamışdı. Sənədin icrasının təmin edilməsi üçün işçi qrupu yaradılmışdır.
[caption id="attachment_6557" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]
[caption id="attachment_6558" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]