Gəncədə işıqfor nasaz vəziyyətdədir. Bu haqda 5 iyun tarixində Gəncəxəbər.az-a məlumat daxil olub.
Heydər Əliyev prospekti ilə İsrafil Məmmədov küçəsinin kəsişməsində yerləşən yol tənzimləyicisinin yalnız yaşıl işığı yanır. Yol istifadəçilərinin sözlərinə görə, bu hal həm sürücülər, həm də piyadalar arasında çaşqınlığa səbəb olur və təhlükə yaradır.