Gəncədə bayram günlərində Təcili Tibbi Yardım xidmətinə müraciət edənlərin sayı artıb. Bu haqda 27 mart tarixində Kəpəztv.az-a istinadən xəbər veririk.
Çağırış səbəbləri, əsasən, arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub. Həkimlərin dediyinə görə, bayram süfrəsindəki kalorili yeməklərdən istifadə ilə insan orqanizmində yaranan fəsadlar və tonqalla ehtiyatsız davranma nəticəsində yaranan xəsarətlərlə əlaqədar müraciətlər az olmayıb. Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operatorları gücləndirilmiş iş rejimində vətəndaşların çağırışlarına vaxtında cavab verərək briqadaları düzgün yönləndirməyə çalışırlar.