Gəncədə Aqrar Universitetinə aparan yol işıqlandırılmayıb. Bu haqda məlumat Gencexeber.az-ın izləyicisindən daxil olub.
Sözügedən ərazidən şəhərin Təbriz küçəsinə çıxmaq mümkündür. Piyadalar üçün nəzərdə tutulmuş yol işıqlandırma sistemi ilə təmin olunmayıb. Sakinlərin sözlərinə görə, axşam saatlarında zülmət qaranlıq səbəbindən harasa getmək istəyənlər üçün ərazi qorxu mənbəyinə çevrilir.
"Axşam evə qayıdanda buradan keçməyə qorxuruq", - deyə izləyici bildirib.
Xatırladaq ki, Cavadbəy Rəfibəyli küçəsində müşahidə edilən oxşar vəziyyət haqda məlumat vermişdik.