Gəncənin Şah İsmayıl Xətai prospektində yaşıllıqlar abadlaşdırılır. Bu haqda Gencexeber.az-a yanvarın 6-sı məlumat daxil olub.
Kral petrolun qarşısında yolkənarı yaşıllıqlarda qara torpaq tökülür. Bu cür tədbirlər əkiləcək ağacların və qazon örtüyün inkişafına təkan verəcək.
Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnika və canlı qüvvəsi bu gün səhər saatlarından çalışır. Hal-hazırda onlar Heydər Əliyev prospektinə doğru işləri genişləndiriblər.
Daha öncə, Mirzə Abbas Abbaszadə küçəsində şam ağaclarının əkilməsi haqda məlumat vermişdik.
[caption id="attachment_7937" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]