Gəncədə yeni şam ağacları əkilib. Bu haqda Gencexeber.az-a yanvarın 5-i məlumat daxil olub.
İşlər şəhərin Mirzə Abbas Abbaszadə küçəsində, Mərkəzi Poçtun qarşısında aparılıb. Aidiyyəti qurumun əməkdaşları qurumuş ağacların yerinə şam ağacları əkiblər.