Gəncədə səhiyyə ocağına əməkdaş tələb olunur. Bu haqda 13 iyul tarixində Beynəlxalq Xəstəxanaya istinadən məlumat veririk.
Beynəlxalq Xəstəxanada vakansiya yaranıb. Tibb mərkəzinə biologiya və ya kimya-biologiya ixtisası üzrə təhsil almış namizədlər tələb olunur. Bildirilib ki, 22-35 yaş arası dəqiq, nizam-intizamlı və məsuliyyətli kişi namizədlərin müraicətlərinə baxılacaq.
Əməkhaqqı müsahibə zamanı müəyyən ediləcək.
Maraqlanan şəxslər CV-lərini mövzü yerinə biologiya və ya kimya-biologiya yazaraq cv@gih.az ünvanına göndərə bilərlər.