Gəncədə abadlıq və yaşıllıq işləri görülüb. Bu haqda 3 iyun tarixində Şəhər İcra Hakimiyyətinə istinadən məlumat veririk.
İşlər Mənzil Kommunal Təsərrüfatı İB tərəfindən Gəncəçay Park - Bulvar Kompleksinin ərazisində və Avropa Gənclər Paytaxtı parkında aparılıb. Qurumun canlı qüvvəsi və texnikası vasitəsilə təmizlik işləri görülüb, məişət tullantılarının yığılması və daşınması təmin edilib, ərazidəki mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Bununla yanaşı, istirahət guşələrində çoxillik və mövsümi dekorativ güllər əkilib.