Futbol üzrə Azərbaycan Premyer-liqasının “Turan Tovuz” - “Araz-Naxçıvan” oyunundan sonra lotereya keçirilib.
Gencexeber.az “Turan Tovuz” PFK-ya istinadən məlumat verir ki, lotereya adıçəkilən komandanın tərəfdaşı “İnci Group of Companies” tərəfindən təşkil edilib. Burada əvvəlcədən lototrona yerləşdirilən bilet kötüklərindən 4-ü ardıcıllıqla lototrondan çıxarılıb.
Şirkətin təqdim etdiyi 4 növ məişət avadanlığı sahibini tapıb. Qalib seriyalara malik biletlər uduşlu sayılıb. Məişət texnikasına Əliyev Gündüz, Quliyev Camal, Məsiyev Tuncay və Hüseynov Amil sahib olublar.