Gəncədə yeraltı piyada keçidi işıqlandırılmır. Bu haqda Gencexeber.az-a 6 iyun tarixində məlumat daxil olub.
Söhbət Gəncə Dövlət Filarmoniyasının binasının qarşısındakı keçiddən gedir. Redaksiyamıza daxil olan məlumata əsasən, piyadaların yolu təhlükəsiz keçməsi üçün inşa edilmiş yeraltı keçid axşam saatlarında işıqlandırılmır.
“Keçidin ətrafı işıqlı olur. Aşağı düşürük, zülmət qaranlıqdır. Gecə vaxtı göz gözü görmür. İşıqlandırma sistemini təmir etsələr, yaxşı olar. Çünki qaranlıqda keçidə düşməyə qorxuruq”, - deyə sakinlər bildirirlər.