Gəncədə abadlıq işləri davam edir. Bu haqda 29 mart tarixində MKTİB-yə istinadən məlumat veririk.
Gəncə Dövlət Filarmoniyasının qarşısındakı fəvvarələr Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müxtəlif şöbələri tərəfindən təmir-bərpa olunur. Burada fontanların üzərindəki solmuş boyalar yenilənir, hidrotexniki qurğunun təmirə ehtiyac olan hissələri təmir edilir.
Həmçinin filarmoniyanın ətrafında abadlıq-quruculuq işləri aparılıb, əraziyə dekorativ güllər əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.