Gəncədə havanın keyfiyyəti açıqlanıb. Bu haqda 4 iyul tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat veririk.
Nəticələr şəhər ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyadan əldə olunub. Bu gün, iyulun 4-də azot-4 oksidin miqdarı 1.2 dəfə normadan yüksək müəyyən edilib.
Nazirlik bu halın nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqəli olduğunu bildirib.