Gəncədə təlim təşkil olunub. Bu haqda 30 mart tarixində Regional İnkişaf İctimai Birliyinə istinadən məlumat veririk.
“Emosiyaların idarə olunması” mövzusunda təlim Gənclər Evində keçirilib. Təlimçi, psixoloq Selcan Hüseynova könüllülərə temperamentin fizioloji əsasları və tipləri, tərbiyə işinin təşkilində temperament tiplərinin nəzərə alınmasından danışıb, gəncləri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, təlim könüllülərin şəxsi inkişafının, dünyagörüşləri və ictimai fəallıqlarının artırılmasına dəstək olmaq, onların asudə vaxtlarının səmərəli təşkili üçün təşkil olunur.