Gəncədə küçələrdən birində yol yararsız hala düşüb. Bu haqda Gencexeber.az-a 9 oktyabr tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Elşən Abbasov küçəsində müşahidə edilir. 2 nömrəli Peşə Liseyinin yaxınlığında avtomobil yolunun bir hissəsi çöküb. Sakinlər bildirirlər ki, iki gün öncə ərazi xəbərdarlıq məqsədilə lentə alınıb.
Bu səbəbdən yolun bir hissəsində hərəkət qismən məhdudlaşdırılıb.