Gəncədə asfaltlanmaya hazırlıq prosesi gedir. Bu haqda Gencexeber.az-a 4 avqust tarixində məlumat daxil olub.
Sözügedən işlər şəhərin Qara Namazlı küçəsində aparılır. Əraziyə texnika və canlı qüvvə cəlb olunub. Burada köhnə asfalt örtüyü qaşınır və yol səthi bərabərləşdirilir. Daha sonra küçəyə yeni asfalt örtüyü salınacaq.
Xatırladaq ki, ötən gün Mirzə Abbas Abbaszadə küçəsində təmir işləri ilə bağlı məlumat vermişdik.