Gəncədə bəzi quyuların qaparları yoxdur. Bu haqda Gencexeber.az-a 24 mart tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Məmməd Səid Ordubadi küçəsində müşahidə olunur. Ərazidə yan-yana yerləşən iki lükün üstü açıqdır. Onların üzərində qapaqları yoxdur. Quyular məişət tullantıları və xəzanla doludur.
Sakinlərin sözlərinə görə, bura avtomobillərin təkəri düşür. Lüklərin ağzının açıq olması piyadalar üçün də təhlükə yaradır.