Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 21 fevral tarixində məlumat daxil olub.
Hadisə şəhərin Yeni Gəncə qəsəbəsi, 28 May küçəsində qeydə alınıb. Qırmızı rəngdə “Toyota Prius” markalı avtomobil “Əminə market”in qarşısındakı işıfordan “Nəhəng daş” Ticarət Mərkəzi tərəfə dönmək istəyib. Lakin bu cəhd uğursuz olub.
Avtomobil piyada səkisinə çıxıb, daha sonra isə yolun kənarına düşüb. Nəticədə xəsarət alan olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.