Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd aparılıb. Bu haqda 19 iyul tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Burada icra başçısı Niyazi Bayramov və şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru Teymur Hacıyev iştirak ediblər. Səkiləri zəbt edərək piyadaların və nəqliyyatın hərəkətinə maneə törədənlərə, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olanlara xəbərdarlıq olunub.
Qeyd edək ki, reyd şəhərin Heydər Əliyev, Nizami Gəncəvi və Şah İsmayıl Xətai prospektlərində həyata keçirilib.