Gəncədə iməcilik təşkil olunub. Bu haqda 11 iyul tarixində Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna istinadən məlumat veririk.
Bir müddət öncə dünya əhəmiyyətli Qədim Gəncə ərazisində yerləşən Comərd Qəssab türbəsinin ətrafında yağış sularının yığılması barədə məlumat vermişdik. Bu səbəbdən ərazidə təmizlik aksiyası baş tutub. Comərd Qəssab türbəsi və ətraf ərazilər məişət tullantıları və ot-alaflardan təmizlənib.
Burada Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən aidiyyəti qurumlarla birgə əlavə tədbirlərin görülməsi nəzərdə tutulub.