Gəncədə tarixi abidənin ətrafında göl yaranıb. Bu haqda Gencexeber.az-a 27 iyun tarixində məlumat daxil olub.
Söhbət Comərd Qəssab türbəsindən gedir. Bir müddət öncə məsələni işıqlandırmışdıq. Lakin sakinlərin sözlərinə görə, intensiv yağan yağışlar nəticəsində sular abidənin içərisinə daxil olaraq, qalın palçıq təbəqəsi yaradıb.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, türbənin ətrafına yığılan suyun təmizlənməsi üçün müvafiq qurumlara müraciət olunub, tikilinin mühafizəsi istiqamətində isə əlavə tədbirlər görülməsi nəzərdə tutulub.