Gəncədə musiqili proqram baş tutacaq. Bu haqda Gencexeber.az-a 1 avqust tarixində məlumat daxil olub.
“Coca-Cola” və “Xəzər TV”-nin tərəfdaşlığı ilə “Coke Studio Festival”ı təşkil olunacaq. Layihə çərçivəsində Nizami yurdunda pulsuz konsert keçiriləcək.
Tədbir 3 avqust tarixində saat 19:00-da Heydər Əliyev Park-Kompleksindəki “Zəfər Tağı”nın önündə baş tutacaq. Gecənin qonaqları Hiss, Samir Cavadzadə, Könül Kərimova, Cin, Promete və Nadir Rüstəmli olacaqlar.
Konsertdə hər kəs ödənişsiz olaraq iştirak edə bilər.