Gəncədə asfaltlanma üçün hazırlıq işləri gedir. Bu haqda Gencexeber.az-a 10 iyul tarixində məlumat daxil olub.
Sözügedən işlər şəhərin Cavad xan küçəsində aparılır. Əraziyə aidiyyəti qurumun əməkdaşları və texnikası cəlb olunub. Burada avtomobil yolunun yararsız hala düşmüş hissələrindən asfalt örtüyü çıxarılır və bərabərləşdirilir.
Yaxın günlərdə küçənin həmin hissələrinə asfalt örtüyünün salınacağı bildirilib.