Gəncədə yarmarkaya sənətkarların qeydiyyatı aparılır. Bu haqda 5 iyul tarixində “Art Garden Ganja”ya istinadən məlumat veririk.
Bir müddət öncə Gəncə ətrafında keçiriləcək 3 günlük “CİTİ-ZEN” festivalı barədə xəbər paylaşmışdıq. Burada baş tutacaq yarmarkada sənətkarlar öz əl işləri ilə iştirak edə bilərlər. Texnika, ölçü, mövzu məhdüdiyyətləri yoxdur.
Qatılmaq üçün sənətçilər öz əsərlərinin və əl işlərinin keyfiyyətli fotolarını citizen25festival@gmail.com elektron ünvanına ad, soyad, əlaqə nömrəsi və işlərinin texnikasını qeyd etməklə göndərməlidirlər. Son müraciət tarixi 15 avqustdur.
Əlavə məlumat üçün (055) 936 30 17 nömrəsi ilə əlaqə saxlamaq olar.