Gəncədə küçələrdən birində sakinlər antisanitar vəziyyətdən narazıdırlar. Bu haqda Gencexeber.az-a 5 iyul tarixində məlumat daxil olub.
Söhbət şəhərin Atatürk prospekti, 221 ünvanından gedir. Sakinlərin məişət tullantılarını atması üçün burada bir ədəd konteyner yerləşdirilib. Lakin zibillərin çox olması səbəbilə paketlər qutuya yerləşmir və yanına tökülür. Nəticədə ərazidə pis qoxu və antisanitar vəziyyət yaranır.
Sakinlərin sözlərinə görə, bu hal tullantıların gec yığışdırılması və zibil qutularının az olmasına görə yaranır. Onlar ərazinin tez-tez təmizlənməsini və zibil qutularının sayının artırılmasını arzu edirlər.
Qeyd edək ki, həmin yerin yaxınlığında 47 nömrəli uşaq bağçası yerləşir. Ərazidə bir neçə çoxmərtəbəli bina var.