Gəncədə bəzi lüklər sakinlər üçün hərəkətdə çətinlik yaradır. Bu haqda Gencexeber.az-a 4 iyul tarixində məlumat daxil olub.
Sözügedən hala şəhərin Əkbər Babayev və Adil İsgəndərov küçələrində rast gəlinir. Adıçəkilən ərazilərdən birincisində artezian quyusunun üstü açıqdır. Lük piyada səkisində yerləşir.
Adil İsgəndərov küçəsində isə həm avtomobil yolu, həm də piyada səkilərindəki kanalizasiya quyuları yol səthindən aşağıda yerləşir. Bu da piyada və nəqliyyat vasitələrinin hərəkətinə maneələr törədir.
[modula id="40145"]