Gəncədə sakinlər tullantıları yol kənarına atırlar. Bu haqda Gencexeber.az-a 3 iyun tarixində məlumat daxil olub.
Söhbət şəhərin Əttarlar küçəsindən gedir. “Kolorit” restoranının yaxınlığında məişət tullantılarının atılması üçün iki ədəd konteyner qoyulub. Lakin əhalinin sözlərinə görə, bir sıra sakinlər zibili qutuya yox, yanına tökürlər.
Ərazidə xidmət edən MKTİB-nin texnikası konteynerləri borta boşaldır. Sakinlər bildirirlər ki, əməkdaşlar bu halın tez-tez təkrarlanmasına qəzəblənərək, ətrafdakı tullantıları yığışdırmırlar.