Gəncədə borulardan birində kommunal qəza təhlükəsi var. Bu haqda Gencexeber.az-a 11 iyul tarixində məlumat daxil olub.
Söhbət şəhərin Şota Rustaveli küçəsindən gedir. Burada sakinləri artezian suyu ilə təchiz edən boru avtomobil yolundan keçir və üstündə asfalt örtüyü yoxdur.
“Borunun üstündən avtomobillər hərəkət edir. Bu səbəbdən 22 saylı orta məktəbin yaxınlığında bir müddət öncə iki yerdən partlayıb, daha sonra təmir olunub. Kommunal qəzanın təkrarlanma ehtimalı yüksəkdir. Buna görə, borunun üstünün örtülməsini istəyirik”, - deyə sakinlər bildiriblər.
[modula id="40544"]