Gəncədə Türkiyənin Baş Konsulluğuna daha bir ziyarət olunub. Bu haqda 13 fevral tarixində Gəncə şəhər Birləşmiş Xəstəxanasına istinadən məlumat veririk.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov və əməkdaşları Recep Öztopla görüşüblər. Onlar Konsulluğun önündə qardaş ölkənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların xatirəsini yad ediblər.
Daha sonra İlkin İsmayılov Baş konsul Recep Öztopun şəxsində faciədə dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.