Gəncədə yaşıllıqlar suvarılıb. Bu haqda 14 iyul tarixində MKTİB-yə istinadən məlumat veririk.
MKTİB-nin müvafiq şöbələri tərəfindən prospektlərdə, küçələrdə, yol kənarlarında, park və istirahət mərkəzlərində mövcud yaşıllıq zolaqlarının suçiləyici maşınlar vasitəsilə gün ərzində suvarılması təmin edilib, mövcud su xətləri bərpa edilərək istifadəyə yararlı hala gətirilib. Xan bağının suvarılması isə Xan arxı, həmçinin MKTİB-nin suçiləyici maşınları vasitəsilə həyata keçirilib.
Hazırda əhalinin dincəlməsi üçün 14 park və xiyaban fəaliyyət göstərir.