Gəncədə sakinlər ağacların qurumasından narahatdırlar. Bu haqda Gencexeber.az-a 18 iyul tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Heydər Əliyev, Nizami (Hərbi Prokurorluğun yaxınlığı) prospektləri, Dədə Qorqud, Fikrət Əmirov küçələri, Füzuli parkı, “2705” dairəsinin yaxınlığında və s. ərazilərdə müşahidə olunur. Sakinlər bildirirlər ki, burada çox sayda müxtəlif növ ağaclar quruyur.
“Şəhəri bu vəziyyətdə görmək bizi çox üzür. Çoxillik ağaclar baxımsızlıqdan quruyur. Həmin bitkilər, eyni zamanda təhlükəli vəziyyət yaradır. Güclü külək əsəndə qurumuş ağaclar aşır. Bitkilərin vaxtlı-vaxtında suvarılmasını və qulluq göstərilməsini istəyirik”, - deyə onlar qeyd ediblər.
[modula id="40904"]