Gəncədə bir sıra lüklər hərəkət iştirakçıları üçün çətinlik yaradır. Bu haqda Gencexeber.az-a 8 iyul tarixində məlumat daxil olub.
Şəhərin Mahrasa bağı, Cavad bəy Rəfibəyli, Şahsevənlər, Dədə Yediyar küçələrində, Cavad xan ilə Şota Rustaveli küçələrinin kəsişməsində yerləşən artezian və kanalizasiya lüklərinin üzərində qapaqlar yoxdur. Bəzilərinin içinə tullantılar atılıb.
Bundan başqa, Cavad xan küçəsində kanalizasiya quyusu yol örtüyündən aşağıda, Dədə Yediyar və Cavad xan küçələrinin kəsişmələrində isə yuxarıda yerləşir.
Sözügedən hallar piyada və sürücülərin hərəkətinə maneə törədir.
[modula id="40426"]