Uşaqlara rəssamlığın sirlərini öyrədən xanım Gəncədə yaşayıb yaradır.
Könül Cabbarova portret, mənzərə, natürmortla yanaşı, bir çox janrlarda əsərlər yaradır. O, təsviri incəsənətin rəngkarlıq növündə fəaliyyət göstərir. Xanım Gəncə şəhər Uşaq Rəssamlıq məktəbində müəllimə kimi fəaliyyət göstərir.
"Mən Gəncənin rəssamlıq məktəbinə misilsiz tövhələrini verən Şaiq Məmmədovdan incəsənətin sirlərini öyrənmişəm", - deyə Könül xanım söyləyib.
Könül Cabbarova 7 may 1989-cu ildə Gəncədə anadan olub. Xanım Gəncə Dövlət Universitetinin Təsviri İncəsənət ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
Könül xanımın çalışdığı məktəbdə emalatxanası var. Onunla əlaqə saxlayıb əsər sifariş vermək üçün (050) 886 80 52 nömrəsi ilə əlaqə saxlamaq olar.
[caption id="attachment_6750" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]
[caption id="attachment_6751" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]
[caption id="attachment_6752" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]
[caption id="attachment_6753" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]