Daşkəsəndə xəsarətlərlə nəticələnən yol qəzası baş verib.
APA məlumat verir ki, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb. Qəza zamanı zərərçəkənlər 75 yaşlı N.Yusibov, 45 yaşlı N.Yusibov və 64 yaşlı R.Yusibovadır.
Qeyd edək ki, adıçəkilən şəxslər bir ailənin üzvləridir.