Gəncə təmsilçisi mükafatlandırılıb. Bu haqda 18 iyul tarixində “VTB”yə istinadən məlumat veririk.
Bank “VTB”nin rəsmiləri Azərbaycan Basketbol Liqasının finalçısı olan “Gəncə” BK-nın nümayəndələrini banka dəvət ediblər. Burada komandaya daha parlaq qələbələr arzulanıb və oyunlar haqda müzakirələr aparılıb.
Sonda “Gəncə” BK-nın nümayəndələrinə bank tərəfindən xatirə hədiyyəsi təqdim olunub.