Gəncənin bu qəsəbəsində avtobus dayanacaqları problemi yaşanır. Bu haqda Gencexeber.az-a 31 may tarixində məlumat daxil olub.
Söhbət şəhərin Yeni Gəncə qəsəbəsindən gedir. Burada 20-dən çox dayanacaq yeri var. Aldığımız məlumata əsasən, sadəcə üç ədəd dayanacaq quraşdırılıb. Bundan başqa, ərazilərdə məlumatverici lövhələr qoyulmayıb. Sakinlər dayanacaqların olmamasından narazıdırlar.
“Hər havada çöldə durub avtobus gözləyirik. Başımıza yağış, qar, dolu yağır, günəş vurur. Yaşlı, xəstə insanlar var. Hamı çətinlik çəkir. Hər yerdə dayanacaqlar quraşdırılsa, yaxşı olar”, - deyə onlar bildirirlər.
[modula id="38185"]